...

BOK prezidenti Jak Roqqe Bakıya gəlir

Cəmiyyət Materials 5 Fevral 2008 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir Z.Səfərov/ Beynəlxalq Olimpiya Komitəsnin (BOK) prezidenti Jak Roqqe fevralın 5-də Bakıya gəlir.

Trend in verdiyi məlumata görə, Roqqenin rəsmi səfəri sabah Fəxri xiyabanı ziyarəti ilə baaşlayacaq. Bundan sonra BOK prezidenti "Şəhidlər xiyabanı"na gedəcək. Daha sonra qonaqlar Heydər Əliyev Fondunda olacaqlar. Roqqenin Azərbaycan və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevlə görüşü də nəzərdə tutulub.

Roqqe Heydər Əliyev adına İdman-Konsert Kompleksi, "Musado" taekvando mərkəzi və Hokkey kompleksini gözdən keçirəcək. Bütün gördükləri BOK-un rəhbəri üçün böyük əhəmiyyət kəsb edəcək və o, Bakının 2016-Oyunlarını təşkil etmək hüququ uğrunda mübarizədə potensialı və imkanlarını qiymətləndirəcək.

Xəbər lenti

Xəbər lenti