Azərbaycan, Bakı, 06 fevral /müx. TrendLife Eldar Hüseynzadə/
Bu yaxınlarda "Salnamə" studiyasında xanəndə Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığından bəhs edən sənədli filmin çəkilişləri başlayıb. Bu haqda TrendLife-a studiyadan xəbər verilib. Film "Adsız məzar" adlanacaq. Əsərin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə və Aydın Qurbanovdur. "Adsız məzar" filmi üzərində nəinki Bakıda, həmçinin Gəncədə və Tbilisidə işləyəcəklər. Çox güman ki, əsərin çəkilişləri mart ayının sonlarında başa çatacaq.
Qeyd edək ki, keçən il prezident İlham Əliyev xanəndənin xatirəsinin əbədiləşdirilməsi üçün göstəriş verib.