...

Azərbaycanda xeyriyyəçilik lazımi səviyyədə deyil – Humanitar Assosiasiyanın prezidenti

Cəmiyyət Materials 6 Fevral 2008 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir F.Rzayev / Azərbaycanda xeyriyyəçilik, görmək istədiyimiz səviyyədə deyil, Azərbaycanda Yəhudi Qadınların Humanitar Assosiasiyasının prezidenti Larisa Reyxrudel hesab edir.

"Uzun müddət ərzində Azərbaycanda bununla məşğul olmayıblar və inanmaq istəyirik ki, vaxt keçdikcə xeyriyyəçilik tanınmış mesenantlar - Tağıyev, Musayev, Muxtarovun vaxtındakı kimi olacaq", - çərşənbə günü Assosiasiyanın prezidenti Trend ə deyib.

Reyxrudelin sözlərinə görə, hazırda ölkədə xeyriyyə yardımları qeyri-müntəzəm göstərilir. Humanitar təşkilatının başçısı, ABŞ, Fransa və Almaniya kimi aparıcı ölkələrin təcrübələrinin öyrənməsini təklif edir.

Yəhudi Qadınların Humanitar Assosiasiyası yaşlı qadınlara kömək edir, həftədə iki dəfə evsizləri isti yeməklə təmin edirlər. "Bu, fərqli səbəblərdən evsiz-eşiksiz qalan müxtəlif millətlərin çox yaşlı qadınlarıdır", - o deyib.

Assosiasiya prezidentinin sözlərinə görə, Assosiasiyanın digər fəaliyyət sahəsi uşaq evlərinə, xüsusilə Yeni Günəşli qəsəbəsindəki uşaq evinə yardım göstərilməsidir.

Xəbər lenti

Xəbər lenti