...

Azərbaycanlı taekvandoçular İsveçdə keçiriləcək turnirdə çıxış edəcəklər

Cəmiyyət Materials 8 Fevral 2008 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanın taekvando üzrə yığma komandası yaxın günlərdə İsveçdə start götürəcək "Trelleborg Open" beynəlxalq turnirində çıxış edəcək.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, kollektivin tərkibinə Samir Aydınov ( 54 kq), Vasif Qurbanov ( 58 kq), Ziya Qasımov ( 62 kq), Fərid Tağızadə, Tural Vəlibəyov ( 67 kq), Səbuhi İsmayılzadə, Məhəmməd Əzizli ( 72 kq), Allahşükür Zülfüqarlı ( 78 kq), Aydın Bəhmənov ( 84 kq), Ləman Ələkbərova ( 47 kq), Günay Ağakişiyeva ( 63 kq) və Səbinə Mikayılova ( 67 kq) daxil olub. Onlar Səbuhi Zülfüqarlının məşqçiliyi altında çıxış edəcəklər.

İsveçə burnunda aparılan cərrahiyə əməliyyatından sonra özünü bərpa edən Elnur Amanovdan (58kq) başqda yığmanın əsas ikinci nömrələri yola düşüb.

Xəbər lenti

Xəbər lenti