...

Azərbaycanın dövlət ali məktəblərində ödənişli oxuyan tələbələr digərlərindən artıq rüşvət verirlər - monitorinq

Cəmiyyət Materials 11 Fevral 2008 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir C.Babayeva / Azərbaycanın dövlət ali məktəblərində ödənişli oxuyan tələbələr təhsil alma prosesində digərlərindən artıq rüşvət verirlər. Müasir Təhsil və Təhsilə Yardım Mərkəzinin "Ali təhsildə korrupsiya: səbəbləri və nəticələri" monitorinq araşdırmaları buna sübutdur.

Monitorinq Bakının yeddi özəl və dövlət ali məktəblərində keçirilib. Sorğuda universitetlərin 1208 tələbəsi və iqtisadiyyat sahəsində mütəxəssis hazırlayan 90 müəllimi iştirak edib.

Respondentlərin arasında tələbələrin 74,6 faizi təlim prosesində qanunsuz ödəmələr həyata keçirdiklərini etiraf ediblər.

Hesabatda, ali təhsil müəssisələrində korrupsiyanın səbəbi kimi müəllimlərin sosial təminatının aşağı səviyyədə olması və ali təhsilə ictimai nəzarətin olmaması göstərilib.

Müəllimlər arasında keçirilən sorğu nəticəsində aşkar olub ki, onların orta əmək haqqı 179,1 manat təşkil edir. Bu məbləğ cəmi 25,6 faiz müəllimi məmnun edir. Sorğulanan müəllimlərin 66,7 faizi ali məktəblərdə korrupsiyanın səbəbi kimi müəllim heyətinin aşağı əmək haqqı almasını göstərib.

Xəbər lenti

Xəbər lenti