...

Jurnalistlərin qurultayının gecikməsinin obyektiv səbəbləri var – Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 19 Fevral 2008 16:08 (UTC +04:00)
Jurnalistlərin qurultayının gecikməsinin obyektiv səbəbləri var – Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurasının növbəti qurultayının çağırılması məsələsi İdarə Heyətinin toplantısında müzakirəyə çıxarılacaq. Bu barədə Trend ə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Onun sözlərinə görə, son vaxtlar bir sıra mətbu orqanlarda Mətbuat Şurasının legitimliyi, qurultayın gecikməsi barədə müxtəlif mövqeli fikirlər təqdim edilir. Amaşov qeyd edib ki, Mətbuat Şurası ölkə jurnalistlərinin qurultayında təsis olunub və kimlərin ona rəhbərlik etməsindən asılı olmayaraq, leqitim bir qurum kimi qalacaq.

Mətbuat Şurasının son ali məclisi 2006-cı il dekabrın 23-də keçirilib. Jurnalistlərin beşinci qurultayı isə, 2007-ci ilin dekabrında keçirilməli idi.

Şuranın Nizamnaməsinə əsasən, qurumun sədri və İdarə Heyəti üzvləri qurultayda seçilir.

Amaşov bildirib ki, qurultayın gecikməsinin obyektiv səbəbləri var; Mətbuat Şurası son altı ayda, əsasən, yeni ofisə köçmə, məskunlaşma, təsərrüfatçılıq işləri ilə məşğul olub: "Həmçinin, Mətubat Şurası son 2-3 ayda bir sıra layihələrini reallaşdırmağa başlayıb"-deyə Şura sədri bildirib.

O, əlavə edib ki, qurultayın gecikməsinə görə Şuranın legitimliyi şübhə altına alına bilməz: "Deyə bilmərəm ki, "leqitimliyi" gündəmə gətirmək kimlərə əlverişli, İdarə Heyətinin indiki tərkibi kimlərin ölkədə seçkiöncəsi "geniş" planlarına ziddir. Amma narahat olmağa dəyməz, biz gecikmənin tərəfdarı deyilik və İdarə Heyətinin növbəti iclasında məsələyə baxılacaq"-deyə Amaşov bildirib.

Mətbuat Şurası 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında təsis olunub.

Xəbər lenti

Xəbər lenti