...

Namiq Qaraçuxurlu Aygün Kazımovanı daha sevmir

Cəmiyyət Materials 23 Fevral 2008 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral/müx. TrendLife Şahin Cavadsoy/

Şou-dünyasının iki tanınmış siması - əməkdar artist Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunun arasından deyəsən qara pişik keçəcək. Buna səbəb isə Namiqin yeni yazdığı "Sevmirəm səni" musiqili-meyxanası olub. TrendLife-a məlumat verən Qaraçuxurlu nə səbəbdən belə bir mövzuya müraciət etməsinə belə şərh verdi: "Bu vaxta qədər yazdığım musiqili meyxanaların demək olar ki, hamısı müqəddəs sevgidən bəhs edib. Fikirləşdim ki, bəlkə də pərəstişkarlarım bu eynilikdən beziblər. Ona görə də qərara aldım ki, bu dəfə də nakam sevgidən bəhs edən bir musiqili əsər ərsəyə gətirim. "Sevmirəm səni" adlanacaq mahnının son tamamlanma işləri gedir. Çox güman ki, dinləyicilər bu bəstəni 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində eşidə biləcəklər. Əminəm ki, bu musiqili-meyxana da pərəstişkarlarımın dilində əzbərə çevriləcək".

"Bu addımı atmaqla demək istəyirsən ki, artıq Aygün xanımı sevmirsən?" - sualımıza isə Namiqdən konkret cavab ala bilmədik: "Bunu buraxıram dinləyicilərin öhdəsinə. Əgər sözlərdən sizə bəlli olsa ki, qəhrəmanım Aygün xanımdır, deməli yanılmamısınız. Gəlin tələsmədən mahnının meydana çıxacaq günü gözləyək. Yəqin ki, bu sirrin üstünü açmaq elə də çətin olmayacaq".

Xəbər lenti

Xəbər lenti