...

Azərbaycanın bəzi ərazilərinə yenidən qar yağacaq

Cəmiyyət Materials 25 Fevral 2008 12:14 (UTC +04:00)
Azərbaycanın bəzi ərazilərinə yenidən qar yağacaq

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın paytaxtı Bakıda və Abşeron yarımadasında sabahdan yağıntıların olacağı proqnozlaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva bazar ertəsi Trend -a bildirib ki, fevralın 26-da gün ərzində və fevralın 27-ə keçən gecə yarımadanın bəzi yerlərində az yağıntı ehtimalı var. Onun sözlərinə görə, fevralın 27-də gündüz və fevralın 28-də havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Hesabat dövründə havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq.

Fevralın 26-da bəzi rayonlarda yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq, fevralın 27-28-də isə, əsasən , yağmursuz keçəcək.

Yaxın 3 gündə Abşeron yarımadasında atmosfer təzyiqində xeyli tərəddüdlər, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz etməsi ürək-damar xəstəlikləri olan meteohəssas insanlarda nisbətən narahatlıq hissi yaradacaq.

Xəbər lenti

Xəbər lenti