...

Azərbaycan məktəbliləri arasında keçirilən sınaq imtahanlarının nəticələri elan olunub

Cəmiyyət Materials 29 Fevral 2008 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir C.Babayeva/ Bu gün Bakıda, fevralın 24-də Azərbaycanın 19 şəhər və rayon məktəbində keçirilmiş ikinci sınaq imtahanlarının nəticələri elan edilib.

Təhsil Nazirliyinin qiymətləndirmə şöbəsinin direktoru Təranə Hacıyevanın sözlərinə görə, imtahanlarda 50 128 şagird iştirak edib.

"Şagirdlərin bilik səviyyəsi 61 faiz təşkil edib" - Hacıyeva qeyd edib.

Onun sözlərinə görə, yüksək göstərici Bakının Xətai, Səbail və respublikanın İmişli rayon məktəblərində müşahidə olunub.

Üçüncü sınaq imtahanı aprel ayının sonunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti