...

Azərbaycanın ali məktəblərinin magistraturasına qəbul qaydaları elan olunub

Cəmiyyət Materials 4 Mart 2008 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart/ Trend ,müxbir C.Babayeva /Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) çərşənbə axşamı ali məktəblərin magistraturasına qəbul qaydaları və qəbul proqramlarını elan edib.

Magistraturaya qəbul qaydalarına əsasən, bakalavrlar eyni qəbul proqramı çərçivəsində 10-dək ixtisas kodu seçə bilərlər. Qəbul imtahanlarında bakalavrın məntiqi təfəkkürü, qəbul olunmaq istədiyi ixtisas üzrə və xarici dil üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılır.

Ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq istəyən şəxslər qəbul imtahanında iştirak etmək üçün internet vasitəsilə TQDK-nın rəsmi saytında "Bakalavrın elektron ərizəsi" formasını doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına müvafiq sənədlərini şəxsən təqdim edərək, ərizəsini rəsmiləşdirməlidirlər.

TQDK ali məktəblərin magistratura pilləsinə hazırlaşan bakalavrlara kömək məqsədilə, "Magistr" jurnalının 1-ci sayını nəşr edib. Bu buraxılışda ali məktəblərin magistratura pilləsinə qəbul qaydaları, bakalavr pilləsinin bütün ixtisas sahələri üzrə qəbul proqramları və ixtisas seçimi cədvəlləri təqdim olunub.

Xəbər lenti

Xəbər lenti