...

Müğənni Elariz toy mövsümünə tam hazırdır

Cəmiyyət Materials 7 Mart 2008 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /müx. TrendLife Şahin Cavadsoy

"Elit toylar kralı" titulunu kimsə ilə paylaşmayan Elariz Məmmədoğlu yeni toy mösümünün başlanmasına tam hazırdır. Bu haqda sənətçinin özü TrendLife istifadəçilərini məlumatlandırdı: "Məhərrəm ayında, rəhbəri olduğum musiqi qrupunun üzvləri ilə demək olar ki, hər gün məşqlər edirdik. Bilənlər bilir ki, Elariz heç vaxt toylarda "xaltura" etmir. Bir tərəfdən də, Elariz, heç vaxt yüksək qiymət oxuyub, toy qonorarlarını süni şəkildə artırmır. Qoy hamı bilsin ki, mən toy mövsümünə tam hazıram".

Yaradıcılığında yeniliklərdən söz düşəndə isə, müğənni bunları söylədi: Space TV-nin Novruz bayramına həsr olunmuş "Keçəl və Bahar xanımın nağılı" müziklında münəccim obrazında çıxış edəcəyəm. Tamaşaçılarıma səslənib deyirəm ki, ola bilsin ki onlar ilk baxışdan məni tanımasınlar. Bu tamaşada çox fərqli bir rol ifa etmişəm. Peşəkar rejissor və aktyorlar bu obrazda məni görən də dedilər ki, mən həm Nizami Gəncəviyə, həm də Molla Pənah Vaqifə oxşayıram. Müziklda hətta mahnı da oxumuşam. O ki qaldı yeni mahnılara, bildirim ki, sözləri Pənah Rüstəmə, musiqisi Eldar Mansurova aid olan "Gəl sevimli yar" bəstəsinə artıq klip çəkilib. Nadir Əzimovun, Bəxtiyar Qaracanın sözlərinə yazmış olduğu "Əllərinlə qucaqla" mahnısına da ekran həyatı verməyi düşünürəm. Bir sözlə, Elariz yalnız irəli addımlayır".

Xəbər lenti

Xəbər lenti