...

Ağlını itirmiş Əli Mirəliyev heç kimə lazım deyil-müğənni Səməd Səmədov

Cəmiyyət Materials 11 Mart 2008 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /müx. TrendLife Safura/

Dünən ATV kanalında yayımlanan "El içində" verilişində müğənni Əli Mirəliyev bəyan etdi ki, Səməd Səmədovun beş arvadı olub. Məsələyə aydınlıq gətirmək üçün TrendLife müxbiri müğənni S. Səmədovla əlaqə saxladı. "Bilirsiniz, bu çox gülüncdür. Mən cəmi iki dəfə ailə qurmuşam. İkinci ailəmlə də 30 ildir ki, çox xoşbəxt yaşayıram. İki uşağımız, üç nəvəmiz var. O ki qaldı Əlinin dediklərinə, mənim ona yazığım gəlir. Vaxtında yaxşı ifaçı olub, gözəl toy aparıb. Ağlını itirdikdən sonra çox şeyi itirib. Hazırda isə, heç kimə lazım deyil"-deyə Səmədov öz fikrini söylədi.

Xəbər lenti

Xəbər lenti