...

Həbsxanalarda vərəm xəstəliyindən ölüm faktları on dəfə azalıb – nazir müavini (video)

Cəmiyyət Materials 12 Mart 2008 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva/ Həbsxanalarda vərəm xəstəliyindən ölüm faktları son 5 illə müqayisədə on dəfə azalıb. Trend un məlumatına görə, bu barədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov ABŞ Dövlət Departamentinin 2007-ci ildə dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatı na münasibət bildirərkən deyib.

Hesabatda Azərbaycanda infrastrukturun yaxşılaşdırılmasına baxmayaraq, həbsxanalardakı şəraitin həyat üçün təhlükəli olaraq qaldığı, kameralarda normadan artıq məhbus saxlanıldığı, tibbi yardımın aşağı səviyyədə olduğu bildirilir. Həmçinin həbsxanalarda ölümün əsas səbəbi kimi vərəm xəstəliyinin yayılması qeyd olunur.

Nazir müavini bildirib ki, 1000-ə yaxın vərəmli məhkum ixtisaslaşdırılmış müəssisədə müalicə olunur.

Vərəmin sosial xəstəlik olduğunu vurğulayan Ələkbərov qeyd edib ki, məhkumlar istintaq təcridxanalarına gətirilərkən vərəmə görə müayinədən keçir və onların müəyyən qismində bu xəstəlik aşkarlanır.

Xidmət rəisi həbsxanalarda limitdən artıq məhkumun saxlanmasına münasibət bildirərkən qeyd edib ki, bu sıxlıq ancaq istintaq təcridxanalarında mövcuddur. Onun sözlərinə görə, yeni istintaq təcridxanasının inşası və ilin sonunadək istifadəyə verilməsi bu problemi həll edəcək.

Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanasının inşasına başlanılıb.

Təcridxananın layihə-smeta sənədləri hazırlanarkən bu sahədə Avropa ölkələrinin təcrübəsi öyrənilib və bu standartlar yeni təcridxananın inşasında tətbiq olunacaq.

Azərbaycanda üç istintaq təcridxanası var. Onlardan iksi Bakıda, biri isə Gəncə şəhərindədir. Həmçinin regionlarda inşa olunan cəzaçəkmə müəssisələrinin ərazisində də istintaq təcridxanaları inşa olunacaq.

Xəbər lenti

Xəbər lenti