...

Azərbaycanın "NTD" klubu Tbilisidə nüfuzlu basketbol turnirində iştirak edəcək

Cəmiyyət Materials 12 Mart 2008 12:41 (UTC +04:00)

Gürcütan, Tbilisi, 12 mart / Trend , müxbir N.Kirtsxalia/ Uzun fasilədən sonra Tbilisidə basketbol üzrə nüfuzlu beynəlxalq turnir keçiriləcək. Gürcüstan Basketbol Federasiyasından verilən məlumata görə, SSRİ dönəmində məşhur idman şərhçisi olan Kote Maxaradzenin xatirəsinə həsr olunacaq turnirdə dörd komanda iştirak edəcək.

Turnirdə digər Gürcüstan klublarının oyunçuları ilə möhkəmlənəcək Tbilisi "Makkabi"si ilə yanaşı, Azərbaycanın "NTD", Ukraynanın "Budivelniya" və İsrailin "Hapoel" klubları iştirak edəcək.

Turnir martın 18-19-da Tbilisinin yeni təmir edilmiş İdman Sarayında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti