...

Azərbaycan telekanallarında türk dilində filmlər normadan artıq yayımlanır

Cəmiyyət Materials 14 Mart 2008 12:57 (UTC +04:00)
Azərbaycan telekanallarında türk dilində filmlər normadan artıq yayımlanır

Azərbaycan, Bakı, 14 mart / Trend ", müxbir E.Hüseynli/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallarda türk dilində filmlərin normadan qismən çox yayımlandığını açıqlayıb. "Monitorinqin ilkin təhlilləri göstərir ki, həftə ərzində bəzi telekanallarda türk dilində filmlər normadan 2 saatdan artıq yayımlanır" cümə günü Trend a MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

MTRŞ-nın qərarı ilə yanvarın 1-dən Azərbaycanda əcnəbi dillərdə filmlərin (bədii, sənədli) yayımına qadağa qoyulub. Türk dili başa düşülən olduğundan, həmin dil əcnəbi dillər siyahısına salınmayıb.

Buna baxmayaraq, MTRŞ bəyan edib ki, türk dilində filmlər ifrat dərəcədə yayımlansa, telekanal rəhbərlərinə xəbərdarlıq ediləcək.

Məhərrəmli deyib ki, həftə ərzində telekanallarda 10-14 saat ərzində türk filmləri yayımlanır. MTRŞ isə hesab edir ki, hələlik telekanallar həftə ərzində türk dilində 12 saatdan artıq filmlər yayımlamamalıdır. Onun sözlərinə görə, Azərbaycanda istehsal edilən filmlər artırıldıqca, türk dilində də filmlərin yayımı azaldılacaq. MTRŞ sədri telekanallarda yayımlanan əcnəbi dillərdə filmlərin yayımlanması ilə bağlı monitorinqin nəticələrinin martın sonu aprelin əvvəlində açıqlanacağını deyib.

Xəbər lenti

Xəbər lenti