...

İsrail və Azərbaycanda qarşılıqlı tədbirlər keçiriləcək

Cəmiyyət Materials 14 Mart 2008 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir S.İlhamqızı/ Aprel ayının sonunda Azərbaycanda "İsrail günləri", mayın sonlarında isə, İsraildə "Azərbaycan günləri" keçiriləcək. Bu barədə İsrail Azərbaycanlıları Konqresinin sədri Aleks Şapiro Suliman məlumat verib.

İsraildə keçiriləcək tədbirlər çərçivəsində, İsrail dövlətinin yaranmasının 60 illiyi də qeyd olunacaq. "Azərbaycan günləri" çərçivəsində isə, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 90 illiyi qeyd olunacaq. Mərasimlərdə İsrailin Azərbaycandakı səfirliyi, Knessetin deputatları, Azərbaycanın və İsrailin rəsmi şəxsləri, azərbaycanlı millət vəkilləri və digər qonaqlar iştirak edəcəklər.

Həmçinin ,Dünya Azərbaycanlıları Konqresi və İsrail Azərbaycanlıları

Konqresinin təşəbbüsü ilə, mayın 10 -da Azərbaycanın eks-prezidenti Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə bağlı yubiley mərasimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti