...

Avropa Şurasının Baş katibi Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyətin pisləşməsindən narahatdır

Cəmiyyət Materials 19 Mart 2008 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart/ Trend , müxbir K.Ramazanova/ Avropa Şurasının Baş katibi Terri Devis Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyətin pisləşməsindən narahatdır.

"Mən Azərbaycanda azad fikirlə bağlı vəziyyətin pisləşməsindən çox narahatam" - çərşənbə günü Baş katib Terri Devis bildirib.

Onun sözlərinə görə, son aylarda öz tənqidi baxışları ilə tanınan bir neçə azərbaycanlı jurnalistə sərt cəzalar verilib.

"Ötən il baş vermiş analoji hadisələrin fonunda, bu hadisələrdə cəmiyyətdə narazı rəylərin susdurulması tendensiyasını görən əksər müşahidəçilərin nəzər-nöqtəsi təəccübləndirmir. Bu qəbuledilməzdir" - o əlavə edib.

Bundan əlavə, Devis qeyd edib ki, Avropa Şurasına daxil olan Azərbaycan hakimiyyəti söz azadlığı da daxil olmaqla, insan hüquqlarına hörmət və onların müdafiə edilməsi haqqında öz üzərinə könüllü olaraq aydın və icrası məcburi öhdəlik götürüb.

"Gözləyirəm ki, onlar götürülmüş öhdəliklərlə bir araya sığmayan addımların atılmasını dayandıracaqlar" - Devis bildirib.

Xəbər lenti

Xəbər lenti