Azərbaycan, Bakı,19 mart /müx. TrendLife Günel Əhmədova/
Martın ilk günlərindən Mərkəzi Klinik Xəstəxanada müalicə olunan xalq artisti, Şöhrət ordenli Tükəzban İsmayılovanın səhhəti yaxşılığa doğru irəliləyir. Həkimi Rövşanə Qasımovanın TrendLife-a bildirdiyinə görə, xəstə vaxtaşırı süni aparatdan ayırlır və onun sərbəst nəfəs almaq imkans var:Yatarkən kömək olsun deyə, aparatdan isitfadə edirik, Son günlər bəzi saatlarda aparatdan kənar sərbəst qala bilir. Amma belə hallar da tez yorulur".
Xatırladaq ki, bir neçə gün öncə Tükəzban xanım bel sümüyündən cərrahiyyə əməliyyatı keçirib. Əməliyyat uğurlu başa çatsa da, pnevmaniyadan əziyyət çəkən Tükəzban xanımın vəziyyətinin nə vaxt qənaətbəxş olacağı məlum deyil.
Söhbəti davam etdirən ilhamə xanım anasının yanında olduğunu və hər bir hadisəni yaxından izlədiyini söylədi:
"Anam artıq yaşlanıb və onun hər bir hərəkətinə nəzarət etmək lazımdır. Amma hərdən o, bizi əziyyətə salmaq istəmir, belə olanda da hadisə baş verir. Yıxıldığı günü deyirəm. Gecə saatlarında vanna otağına getmək istəyib, lakin nə məni, nə də köməkçini oyandırmaq istəməyib. Qan təzyitqi olduğundan yıxılıb və bel sümüyündə sınıq əmələ gəlib. Dərhal götürdük xəstəxanaya və əməliyyat olundu. Əvvəlcə xaricə aparmaq istəyirdim, lakin həkimi arxayın etdi ki, burada onu sağalda biləcək imkanları var. Əvəllər yalnız süni nəfəs alırdısa, indi vəziyyəti bir qədər yaxşıdır. Güman olunur ki, daha yaxşı olacaq. Hələ qarşıdakı həflərərdə palataya da köçurulmə ehtimalı var. Amma onun ayağa durub, sərbəst hərəkət edəcəyi inandırıcı deyil. Çünki bu yaşda sınıqlar düzəlmir. Dua edirəm ki, yataq vəziyyətində olsa belə, yaşaya bilsin. Çunki mənim ona ehtiyacım var".