...

Monika Beluççi və Patrisiya Kaas Bakıda Cartier-in butikini açıblar (video+fotosessiya)

Cəmiyyət Materials 19 Mart 2008 18:45 (UTC +04:00)
Monika Beluççi və Patrisiya Kaas Bakıda Cartier-in butikini açıblar        (video+fotosessiya)

Azərbaycan, Bakı, 19 mart / "TrendLife", müxbir Vüqar İmanov/

Bütün dünyada məşhur model və aktrisa Monika Beluççi və müğənni Patrisiya Kaas Azərbaycanın Novruz bayramı ərəfəsində Bakının mərkəzində Cartier-in butikinin açılışında iştirak ediblər. Mətbuat nümayəndələri və küçədə toplaşan qonaqların qarşısında Cartier zərgərlik evinin siması Monika Beluççi və Cartier İnternational-ın prezidenti Bernard Fornas rəmzi lenti kəsərək, butiki rəsmi olaraq açıblar. Monika Beluççi butiki nəzərdən keçirib getdikdən yarım saat sonra, Fransanın estrada müğənnisi Patrisiya Kaas öz sevimli iti ilə birlikdə gəlib.

Təəssüf hissi ilə bu tədbirin zəif təşkil edilməsi faktını qeyd etmək lazımdır. KİV-in normal işləməsi üçün müvafiq şərait yaradılmamışdı. Monika Beluççi ilə yalnız seçilmişlər müsahib əapara bildilər. Mətbuata qarşı özünü çox aqressiv aparan mühafizənin kobudluğunu təəssüflə da qeyd etmək lazımdır.

Mövzuya dəxli olmasa da, ümid edirəm ki, onlar burada aşağıdakıları oxuyacaqlar. Əgər siz öz əzələlərinizlə belə lovğalanır və əl-qol atırsınızsa, öz gücünüzü dünya idman arenalarında göstərin və Azərbaycana şöhrət qazandırın. Biz sizinlə fəxr edəcəyik...

Qeyd edək ki, axşam Azərbaycan Dövlət Filarmoniyasında Patrisiya Kaas-ın çıxış edəcəyi bayram axşamı baş tutacaq. KİV buraxılmır!

Digər şəkillərlə bu ünvanda tanış olmaq olar- http://photo.trend.az/?catid=310

Xəbər lenti

Xəbər lenti