...

Türk dünyasında Azərbaycan aparıcı yerlərdən birini tutur - Çinğiz Aytmatov

Cəmiyyət Materials 24 Mart 2008 22:28 (UTC +04:00)
Türk dünyasında Azərbaycan aparıcı yerlərdən birini tutur - Çinğiz Aytmatov

Qazaxstan, Astana, 24 mart / Trend müxbir K. Konırova / "Bakıda mənim yubiley ilim start götürdü, Astanada isə davam etdi". Bunu bu gün Astanada jurnalistlərlə söhbətində yazıçı Çingiz Aytmatov deyib.

"Bakı çox gözəl şəhərdir. Orada olanda bir daha hiss etdim ki, türk dünyası yaradıcılığıma necə böyük simpatiya və xüsusi diqqət göstərir", - deyə Aytmatov 80 illik yubileyi münasibəti ilə Qırğızstanın Astanadakı səfirliyində keçirilən qəbulda bəyan edib.

Yazıçı Bakıda bir həftə qaldığını xatırladıb. "Bu günlər təmaslarla zəngin idi. Prezident İlham Əliyevlə görüş keçirildi, onunla bir saat söhbət etdik. Daha çox söhbət edə bilərdik, lakin mən onun vaxtını çox almaq istəmədiyim üçün bunu özümə rəva bilmədim", - deyə o qeyd edib.

Jurnalistlərin Azərbaycan mədəniyyəti ilə bağlı sualına cavab verən Aytmatov bunu deyib: "Söyləməliyəm ki, Azərbaycan mədəniyyəti bu gün özünün yeni təzahürünü və ifadəsini aşkar edir. Azərbaycan mədəniyyəti həm dövlətlərin, həm də münasibətlərin fövqündə dayanır. Türk dünyasında Azərbaycan Türkiyə kimi aparıcı yerlərdə dayanır. Türkiyədə Elazığ şəhəri var, orada olmuşam. Həm Elazığda, həm də Bakıda hər şey mənə yaxın və doğma idi ".

Xəbər lenti

Xəbər lenti