...

Azərbaycan avarçəkənləri Olimpiadada təmsil olunmayacaqlar

Cəmiyyət Materials 29 Mart 2008 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , Z.Səfərov/ Azərbaycanın Avarçəkmə Federasiyası beynəlxalq strukturlarla respublikaya vald-kartların təqdimi məsələlərini müzakirə etməyib.

Milli Federasiyanın rəhbəri Elçin Zeynalovun Trend a verdiyi məlumata görə, vakansiyanın əldə edilməsi üçün müvafiq səviyyədə idmançıya malik olmaq lazımdır. O, qeyd edib ki, beynəlxalq dərəcəli avarçəkən idmançının hazırlanmasına beş - altı il lazımdır, Azərbaycan idmançıları isə, keçən ildən intensiv məşqlərə başlayıb.

"Lisenziyalardan danışmaq və Pekin haqqında fikirləşmək hələ tezdir. Bizim məqsədimiz Birinci Gənclər Olimpiadası - 2010 - da iştirak etmək və "Oyun -2012"yə düşmək uğrunda mübarizə aparmaqdır"- deyə Zeynalov qeyd edib.

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldhof Azərbaycanda rəsmi səfərdədir.

Xəbər lenti

Xəbər lenti