...

Azərbaycanda korrupsiyada ittiham olunan 26 dövlət məmuru ilə əlaqədar tədqiqat işi başa çatdırılıb

Cəmiyyət Materials 1 Aprel 2008 10:44 (UTC +04:00)
Azərbaycanda korrupsiyada ittiham olunan 26 dövlət məmuru ilə əlaqədar tədqiqat işi başa çatdırılıb

Azərbaycan, Bakı, 1 aprel/ Trend , müxbir K. Zərbəliyeva/ Azərbaycanın Baş Prokurorluğu yanında korrupsiya ilə mübarizə İdarəsində 2008-ci ilin birinci kvartalı ərzində korrupsiyada ittiham olunan 26 dövlət məmuru ilə əlaqədar 13 cinayət işinin tədqiqatı başa çatıb. Bu barədə çərşənbə axşamı jurnalistlərə Baş prokuror Zakir Qaralov məlumat verib.

Onun sözlərinə görə, hazırda korrupsiyada ittiham olunan təxminən 30 dövlət məmuru ilə əlaqədar 28 cinayət işi üzrə tədqiqat aparılır.

Baş prokuror qeyd edib ki, 2007-ci ildə koorrupsiya ilə mübarizə İdarəsi tərəfindən ölkənin müxtəlif dövlət orqanlarında vəzifədə olan 69 şəxslə əlaqədar 41 cinayət işi qaldırılıb. "Bu işlər üzrə araşdırmalar artıq başa çatdırılıb və onlar məhkəməyə göndərilib" - deyə Baş prokuror bildirib.

Xəbər lenti

Xəbər lenti