...

Azərbaycan futbol klubları telekanallarla müqavilə bağlayacaq

Cəmiyyət Materials 1 Aprel 2008 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir Z.Səfərov/ AFFA futbol klublarına yerli oyunların ölkə kuboku və çempionat çərçivəsində nümayişinə dair telekanallarla müstəqil müqavilə bağlamaq hüququ verib. Assosiasiyadan Trend -a bildirilib ki, qəbul edilmiş təcrübə xarici ölkələrdə fəal istifadə olunduğundan, futbol idarəsi xarici həmkarlarının təcrübəsini\ qəbul etmək niyyətindədir. AFFA AzTV ilə mövcud müqaviləni dayandırmağı qərara alıb.Assosiasiya rəhbərliyinin fikrincə, bu kanal mövcud müqaviləni yerinə yetirmir. Belə halda, növbəti turdan başlayaraq, ölkədə çempionat oyunlarını meydan sahiblərinin seçdiyi istənilən telekanalda nümayiş etdirmək olar.

Artıq məlumdur ki, "Neftçi" yerli görüşlərinin translyasiyası üçün AzTV ilə müqavilə bağlamaq niyyətindədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti