...

Mən anamdan atamın kim olduğunu soruşanda…- Azərbaycanın Xalq artisti Arif Qazıyev

Cəmiyyət Materials 5 Aprel 2008 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 aprel /müx. TrendLife Safura /

Xalq artisti Arif Qazıyev ömründə atasının üzünü görmədiyini, bütün uğurlarında yalnız bir varlığa borclu olduğunu bildirdi. Ulu Tanrıya. Sənətkar hələ 4 yaşında ikən anası ilə birlikdə Gəncəyə İmamzadə ziyarətgahına getdiyi zaman ilk dəfə ona bu sualı verir: mənim atam kimdir? Bu sualına anasının verdiyi cavabı Arif Qazıyev bu günə qədər xatırlayır: "Mən atasız böyümüşəm, onu heç vaxt görməmişəm. Anamdan soruşanda ki, mənim atam kimdir, o, mənə baxaraq üzünü səmaya tutub sənin atan göydə olan Allahımızdır dedi. Sən həmişə göyə bax, əlini aç ondan kömək istə, deyən anam yanılmamışdı. Mənə həmişə Tanrım kömək olub, heç vaxt məni darda qoymayıb".

Xəbər lenti

Xəbər lenti