...

Faiq Sücəddinov yeni layihə üzərində işləyir

Cəmiyyət Materials 5 Aprel 2008 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 aprel/ TrendLife / Günel Əhmədova

Xalq artst, Şöhrət ordenli bəstəkar Faiq Sücəddinov vətənpərvər layihə üzərində çalışır. İdeyanın ona məxsus olduğunu TrendLie-a danışan bəstəkar yaradıcılıq işini professor, millət vəkili Rəfael Hüseynovla birgə ərsəyə gətirdiyini söylədi. Layihədə Azərbaycanın atributlarından söhbət açılacağını diqqətə çatdıran Faiq Sücəddinov belə bir açıqlama verdi: "Mən həddindən artıq vətənə, bayrağa bağlı insanam. Hansı məkanda bayrağımızın dalğalandığını görəndə, ürəyim cuşa gəlir. Hətta xaricə gedəndə məxsusi yerlərdə gözüm bayrağımızı gəzir".

Vətənpərvər mahnılarının sayının yüksək olduğunu əlavə edən bəstəkar, belə bir qənaətə gəlib ki, onları iri layihə şəklində təqdim etsin. Mətni Rəfael Hüseynov tərəfindən hazırlanan layihə hazırda studiyada yazılır. Millət vəkili ilə kompozisiyanın lent yazılışında yaxından iştirak edən Faiq Sücəddinov bunun yaxın aylarda geniş kütləyə təqdim ediləcəyini diqqətə çatdırdı.

Xəbər lenti

Xəbər lenti