...

Gimnast Aliyə Qarayeva Brnoda keçirilən Qran-Pri mərhələsində halqa ilə göstərdiyi nömrədə üçüncü yeri tutub

Cəmiyyət Materials 7 Aprel 2008 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend Z.Səfərov/ Azərbaycan gimnastı Aliyə Qarayeva Brnoda keçirilən Qran-Prinin üçüncü mərhələsində üçüncü yeri tutub.

İp ilə çıxış proqramında ikinci olandan sonra, Avropa çempionu halqa ilə nömrələrində üç mükafatçının sırasına daxil olub. Pekin Olimpiadasının vakansiyasını qazanmış Qarayeva bürünc medal qazanaraq, münsiflərdən 18,150 ball alıb.

Bununla yanaşı, yarışda Rusiya gimnastlarından Olqa Kapranova bu idman növü üzrə qələbəsinə üç birinci yeri və müxtəlif növlərdə isə tək üçüncü yeri əlavə edib. O, ip, halqa və gürz ilə nömrələrdə qalib gəlib. Marina Şpext isə lentlə göstərdiyi nömrəyə görə ən yüksək ball əldə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti