...

Aşıq Ələsgər adına aşıq muzeyinə dövlət statusu niyə verilmir?

Cəmiyyət Materials 7 Aprel 2008 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel /müx. TrendLife Turkan İmaməliyeva/

Aşıq Ələsgər adına Aşıq Muzeyinin hələ də dövlət statusu almadığı barədə muzey rəhbəri Hüseyn Həsənov mətbuata açıqlama verib. Bildirib ki, hazırda iş Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib. Göndərilən komissiya üzvləri muzeyə baş çəkərək, onun muzey kimi fəaliyyət göstərməsi üçün heç bir problem olmadığını bildiriblər. Bununla bağlı hazırda müraciət məktubu da hazırlanır. Məktuba ölkənin tanınmış ictimaiyyət xadimləri, millət vəkilləri də imza atıblar. Onlar arasında Nizami Cəfərov, Azad Nəbiyev, Qənirə Paşayeva və başqalarının da adları çəkilir. Məlumat üçün onu da qeyd edək ki, sözügedən muzey 2002-ci ildən fəaliyyət göstərir. Onu da xatırladaq ki, muzeyə məxsus 640 fotoşəkil, 200-dən çox musiqi valı Həsənovun şəxsi evində saxlanılır. Bu məlumatla bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümmətov bildirdi ki, bu barədə konkret məlumatı olmasa da, mütəxəssislərin rəyi müsbətdirsə, yəqin ki, yaxın zamanlarda nazirlik rəsmi münasibətini bildirəcək: " Mütəxəssislər həqiqətən müsbət rəy bildiriblərsə, demək, problem həllini tapıb. Qeyd edildiyi kimi əgər konkret olaraq nazirliyə məktub da ünvanlanıbsa, Mədəniyyət və Turizm Nazirliyi məsələyə müvafiq cavabını açıqlayacaq".

Xəbər lenti

Xəbər lenti