...

Xatirə İslam Türkiyədən aldığı təklifdən imtina edib

Cəmiyyət Materials 8 Aprel 2008 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ TrendLife / Günel Əhmədova

Türkiyədən Xatirə İslama təklif gəlib. Qardaş ölkənin prodüser şirkətlərindən biri müğənniyə onu öz ölkəsində super ulduz edəcəyi barədə işbirliyi təklifi ünvanlayıb. Bu barədə TrendLife-a açıqlama verən Xatirə İslam mövzunun davamında bunları söylədi: "Söz verirlər ki, qısa zamanda məni super ulduz edəcəklər. Şərtəlri də bundan ibarətdir ki, onlar bu işə külli miqdarda pul qoyurlar və qazancın 80 faizini prodüser şirkəti, 20 faizini də mən götürürəm. Mən razılaşmadım. Ona görə yox ki, az qazanc götürürəm. Çünki pulu xərcləyən şirkət nümayəndəsidirsə, çoxunu da o, götürməlidir. Sadəcə, ona görə ki, mən valideynlərimdən uzaqda yaşaya bilmərəm. Bu cür təklifləri dəfələrlə almışam. Amma gördüyünüz kimi, buradayam".

Xəbər lenti

Xəbər lenti