...

Pul hər şeyi həll edir

Cəmiyyət Materials 9 Aprel 2008 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / TrendLife / Turkan İmaməliyeva

Mədəniyyət və Turizm Nazirliyi Xocalı faciəsi günü İsrailin Hayfa şəhərində "Lotos" restoranının açılış mərasimindəki konsert proqramına qatılan Azərbaycan müğənniləri Nadir Qafarzadə, Ruhəngiz Allahverdiyeva, Aşıq Zülfiyyə və Şəhla Həmidova üzərindən qadağanı (artıq bəlli oldu ki, qadağa qeyri-rəsmi imiş - red.) qaldırdı. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə "Trend Life"a açıqlamasında qeyd etdi ki, müğənnilərə qadağa qoyulması ilə bağlı rəsmi qərar olmadığından onun aradan qaldırılması ilə bağlı da xüsusi qərara ehtiyac yoxdur: "Nazirlik məlum olayla bağlı sərt mövqe nümayiş etdirdi. Nazirliyin qəti mövqeyindən sonra ictimaiyyətin də qınağı çox güclü oldu. Həmin müğənnilər hər bir istiqamətdən qınaq obyektinə çevrildilər".Məlum olydan sonra müğənnilər dəfələrlə öz səhvlərini etiraf edərək xalqdan üzr istəyiblər, bağışlanmaqlarını xahiş ediblər. Nazirlik də bunları nəzərə alaraq belə hesab edir ki, müğənnilərin kənarda saxlanması yaradıcılıqlarına mənfi təsir edir. Nazirlik bu mövqedədir ki, bu söz-söhbətlərə artıq son qoyulsun və müğənnilər yaradıcılıqları ilə məşğul olsunlar. Hesab edirik ki, bu hadisəyə sərgilənən münasibət digər müğənnilər üçün də örnək olacaq. Hər kəs ibrət götürəcək. Bu müğənnilərə də tövsiyə edirik ki, söz-söhbəti qurtarıb yaradıcılıqla məşğul olsunlar. Müğənnilərin bundan sonra dövlət tədbirlərinə dəvət edilmələrinə gəlincə, İ.Hümbətov bu barədə konkret söz deməyin mümkün olmadığını söylədi: "Onların dövlət tədbirlərinə çağırılıb-çağırılmayacağı haqda bir söz deyə bilmərəm. Hər şeyi zaman göstərəcək".Amma çətin ki, müğənnilər ibrət götürsün. Onlar lazımi dərs alacaqlarını bilsəydilər, addımlarını əvvəlcədən ölçüb-biçərdilər. Qınaq obyekti olan olayın üstündən ikicə ay keçməmiş unudulması və xalqın faciəsinə sayğısız yanaşan müğənnilərin bəraət alması əksinə, digərləri üçün pis örnək olacaq. Şou-biznes nümayəndələrinin ayağı yer alacaq ki, nə vaxt hara istəsək gedə, harda istəsək iştirak edə bilərik, onsuz da bir az səs-küy qopub sonra səngiyəcək. Bizə qalansa qazandığımız para olacaq. Pul qazanandan sonra proqramlara çıxmağa nə var ki...

Xəbər lenti

Xəbər lenti