...

Tünzalə Ağayeva yeni konsert proqramı üzərində işləyir

Cəmiyyət Materials 9 Aprel 2008 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / TrendLife / Günel Əhmədova

Əməkdar artist Tünzalə Ağayevanın daha çox folk-caz janrında hazırlanan "Ölkəm" layihəsinə Üzeyri Hacıbəyovun "O olmasın, bu olsun" musiqili tamaşasında Gülnazla Sərvərin dueti daxil edilib. Klassikaya söykənən konsert, həmçinin Cəmil Əmirov və Tünzalə Ağayevanın bəstələri ilə tamamlanacaq. Proqramda ritmik xalq mahnıları da yer alıb.

Azərbaycanda keçirilən konsertlərə münasibətini bildirən T.Ağayeva bu məsələyə başqa aspektdən yanaşmağa çalışdı: "Konsert birbaşa tamaşaçının marağına bağlıdır. Əgər sənin geniş auditoriyan və onların sənin çıxışına marağı olmasa, bu layihə təşkilindən asılı olmayaraq uğursuz alınacaq. Bu ənənəni həmişə özüm üçün meyar bilmişəm. Bəzi konsertlərə vaxt öldürmək üçün gələn tamaşaçılar da var. Bunun günahı birbaşa müğənninin özündədir".

Layihə üzərində aylardan bəri çalışan Tünzalə Ağayeva hər bir məqamda diqqətli olmağa çalışdığını söylədi. Onun niyyəti tamaşaçıda repertuara maraq yaratmaq olub. Buna əvvəlki konsertlərində nail olan əməkdar artist bunu peşəkarla işbirliyinə bağladı. Müğənni onu da əlavə etdi ki, nəzərdə tutulan konsertin repertuarı tamamilə yenilənib. Eyni zamanda o, səhnəyə yeni imicdə çıxacağını da söylədi.

Xəbər lenti

Xəbər lenti