...

Kamran Həsənli analoqu olmayan tele-layihə hazırlayır

Cəmiyyət Materials 11 Aprel 2008 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel/ müx. Trend Life Günel Əhmədova/

Kamran Həsənli efiri silkələməyə qadir olan layihə üzərində çalışır. Bu barədə TrendLife-a məlumat verən Həsənli layihə üzərində bir neçə mütəxəssisin çalışdığını söylədi. Yaradıcılıq işi barədə geniş xəbər alanda o, "bu, tele-məkanda analoqu olmayan bir layihə olacaq. Təfərrüatı barədə ona görə danışmıram ki, ideyanı oğurlamasınlar. Çünki layihənin hazırlığı bir qədər vaxt tələb edir"- dedi.

Bir çox sənət adamlarının özunu ona oxşatdığını deyən Kamran Həsənli, layihələrinin də təkrarlandığını bildirdi. Onun fikrincə, hər bir yaradıcı adamın öz dəsti-xətti olmalıdır: "Lakin bəzi adamlar mənim yerişimi yerimyə həvəs göstərirlər, lakin Kamran Həsənli ola bilmirlər. Beyinlərini düşündürmək, ideya yaratmaq istəmirlər. Ona görə də bəzi insanlar hələ də özlərini təsdiq edə bilməyiblər".

Xəbər lenti

Xəbər lenti