...

Xanlar Haciyev yenidən Avropa Insan Haqları Məhkəməsinin hakimi seçilib

Cəmiyyət Materials 16 Aprel 2008 00:35 (UTC +04:00)
Xanlar Haciyev yenidən Avropa Insan Haqları Məhkəməsinin hakimi seçilib

Fransa, Strasburq, 15 aprel/ Trend müxbir A. Məhərrəmli/ Aprelin 15-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində 131 səs çoxluğu ilə Xanlar Haciyev yenidən Avropa Insan Haqları Məhkəməsinə seçilib. O bu vəzifəni 31 oktyabr 2013-dək tutacaq. Digər namizədlər Rövşən Ismayılov 14, Səadət Yusifova isə 21 səs toplayıblar.

AŞPA Bürosunda aprelin 14-də səhər keçirilən iclasda Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (AİHM) hakimi vəzifəsini daşımaq üçün müəyyənləşdirilən namizədlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr nəticəsində Büro Azərbaycandan olan namizədlərlə bağlı Azərbaycan hakimiyyəti tərəfindən təqdim olunan siyahını təsdiqləyib və məsələyə AŞPA sessiyasında baxılması barədə qərar qəbul edib.

Azərbaycan tərəfindən AHİM-ə Xanlar Hacıyevin, Rövşən İsmayılovun və Səadət Yusifovanın namizədlikləri irəli sürülüb. Namizədlərlə bağlı AŞ PA-nın Hakimlərin Seçilməsi üzrə Alt Komitəsinin 7 mart 2008-ci il tarixində Parisdə keçirilən iclasında müzakirələr aparılıb. Alt Komitənin Azərbaycandan olan namizədlər haqqında müsbət rəy açıqladığı bildirilib.

Xəbər lenti

Xəbər lenti