...

Ermənilərə sərf etmir ki, kimsə onların mədəni abidələrinin vəziyyəti ilə tanış olsun  - AŞPA-nın Elm, Təhsil ve Mədəniyyət Komitəsinin Mədəni Irs üzrə Alt Komitəsinin üzvü

Cəmiyyət Materials 16 Aprel 2008 09:46 (UTC +04:00)
Ermənilərə sərf etmir ki, kimsə onların mədəni abidələrinin vəziyyəti ilə tanış olsun  - AŞPA-nın Elm, Təhsil ve Mədəniyyət Komitəsinin Mədəni Irs üzrə Alt Komitəsinin üzvü

Fransa, Strasburq, 15 aprel / Trend müxbir A.Məhərrəmli/ Aprelin 15-də AŞPA-nın Elm, Mədəniyyət və Təhsil üzrə Komitəsinin Mədəni Irs üzrə Alt Komitəsinin iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub. Ilk olaraq ekspertlər və münsiflər heyətinin iştirakı ilə  1977-ci ildən mövcud olan  " Avropa Muzeylər Prizi" adlanan mükafatla bağlı məsələ müzakirə olunub və bu ilki qalib müəyyən edilib. 1970-ci ildən bəri dünyanın  böyük muzeyləri həmin müsabiqədə iştirak edib. Sonuncu dəfə 60-a  yaxın ölkə həmin mükafata öz tanınmış muzeylərini təqdim edib. Bunu Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın Elm, Təhsil ve Mədəniyyət Komitəsinin Mədəni Irs üzrə Alt Komitəsinin üzvü Rafael Hüseynov  Trend -a eksklüziv açıqlamasında bildirib.

" Onu deyə bilərəm ki, 2009-cu il ücün Azərbaycan da həmin layihədə olacaq. Bununla baglı mənim coxlu müzakirələrim olub. Menim rəhbərlik etdiyim Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat muzeyi prezidentin xüsusi diqqəti sayəsində əsaslı təmir edilib və yaxın zamanlarda onun  açılışı olacaq. Artiq biz də bu layihədə iştirak edəcəyik və ümid edirəm ki, 2009-cu ilin ən şanslı namizədləri arasında olacağıq", - deyə o vurğulayıb.

Eyni zamanda bu günkü iclasda Cənubi Qafqazda mədəni irs üzrə məruzəçi, Böyük Britaniyadan olan Edvard O'Hara da çıxış edib və ayrı-ayrı istiqamətlərdə gördüyü işlərdən danışıb və Cənubi Qafqaza mədəni irsin vəziyyətini öyrənmək üçün gözlənilən səfərlə bağlı məlumat verib. Hüseynovun sözlərinə görə, O'Hara Alt Komitə üzvlərinə bildirib ki, hele ki, bu sahədə ciddi irəliləyiş yoxdur və səfərin konkret  tarixi ilə bağlı konkret razılığa gəlinməyib. " O'Hara onu  da bildirdi ki, Alt Komitədə təmsil olunan Ermənistan nümayəndəsi Raffi Ovannesyan, Azərbaycan tərəfindən mən və AŞPA-nın Elm, Təhsil və Mədəniyyət Komitəsi Katibliyinin rəhbəri Kristofer Qreysonla birlikdə bu məsələni müzakirə edir və həll yolunu tapmaga çalışır. Bununla bağlı bizim O'Hara və Greysonla ayrıca müzakirələrimiz oldu. Qərara aldıq ki, noyabrın 10-12-də Bakıda AŞ-yə üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı çərçivəsində bu problemlə bağlı daha ətraflı müzakirələr aparaq və nəticənin əldə olunması üçün səylər göstərək. Məsələ burasındadır ki, bu səfər hər üç Cənubi Qafqaz ölkəsinə olmalıdır. Hər üç ölkədə ortaya çıxan problemlər bu səfərin baş tutmasını ləngidir. Azerbaycan bu səfərə açıqdır. Ermənistanda onu bəhanə gətirirlər ki, prezident seçkilərindən sonra mürəkkəb vəziyyət yaranıb. Əvvəl isə prezident seçkilərinin olmasını önə çəkirdilər. Bu bəhanələrin səbəbi odur ki, ermənilərə sərf etmir ki, kimsə onların mədəni abidələrinin vəziyyəti ilə tanış olsun " - deyə o bildirib.

Hüseynov həmçinin onu da qeyd edib ki, birgə müzakirələrdə ortaya çıxan əsas suallardan biri onların (Mədəniyyət Komitəsinin) tədqiqat olunacaq məntəqələri əhatə edəcək bir xəritə istəmələri ilə bağlı olub : "Azərbaycan tərəfinin araşdırılmasını iddia ve tələb etdiyi abidələri əks etdirən xəritəni mən hazırlamışam. Bu  barədə də söhbətimiz oldu. O biri respublikalar sözügedən xəritələri hazırlamayıblar. Ümid edirəm ki, noyabr ayında  mədəniyyət nazirlərinin Bakıdakı görüşü zamanı bunula bağlı konkret nəticələrə nail olacağiq ". 

Hüseynovun sözlərinə görə, adətən mədəni irslə baglı geniş tərkibli görüş olmur. Bu məsələdə Azərbaycanı Hüseynovun özü, Ermənistanı isə Raffi Ovannesyan temsil edir. " Bu çərçivədə görüşlərimizdə Qreyson və O'Hara iştirak edirlər. Bəzən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da iştirak edir.  Adətən görüşlər bu cür formatda keçirilir. Ola bilsin ki, bizim ayrıca görüşümüz olsun. Amma mənə elə gəlir ki, ele bu gün müzakirə etdiyimiz məsələlər həmin görüşün əsasını təşkil edə bilər " - deyə o vurğulayıb.

Rafael Hüseynov bu il O'Hara-nın regiona səfərinin baş tutma ehtimalının az olduğunu da bildirib.

Xəbər lenti

Xəbər lenti