...

Meyxana deyənlər arasında Samirə Yusifqızı da olub

Cəmiyyət Materials 17 Aprel 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /müx. TrendLife Safura/

Ara-sıra gah görünən, gah da nəzərdən itən müğənni Samirə Yusifqızı eksklüziv olaraq TrendLife müxbirinə məlumat verərək, Azərbaycan teleməkanında bu günə qədər görünməyən maraqlı layihə ilə tamaşaçıları təəccübləndirəcəyini açıqladı.

"Azərbaycanda ilk meyxana deyən qadın mənəm. Bədahətən meyxana deməklə yanaşı, meyxanaçılar ilə deyişirəm də. Dəfələrlə deyişmələrimiz olub. Bu yaxınlarda mənim iştirakım ilə ANS telekanalında "Meyxana deyən qız" adlı yeni bir layihə olacaq" - deyən müğənni meyxana üslubuna çoxdan müraciət etsə də, bu günə qədər bu məsələnin aşkara çıxmamasının səbəbini reklam olunmamasında görür. Özünü meyxana janrında sınayan Samirə Yusifqızı, müğənni kimi fəaliyyətini davam etdirəcəyini də bildirdi.

Xəbər lenti

Xəbər lenti