...

Azərbaycanlı hokkeyçilər lisenziya xarakterli turnirin final mərhələsinə çıxıblar

Cəmiyyət Materials 19 Aprel 2008 00:12 (UTC +04:00)
Azərbaycanlı hokkeyçilər lisenziya xarakterli turnirin final mərhələsinə çıxıblar

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir Z.Səfərov/ Azərbaycanın otüstü hokkey üzrə yığması Bakı keçirilən lisenziya xarakterli turnirin final mərhələsinə çıxıb.

Trend in verdiyi xəbərə görə, sonuncu turda Tahir Zamanın yetirmələri Ukrayna yığmasını 5:0 hesabı ilə məğlub ediblər. Artıq 7-ci dəqiqədə Zərifə Zeynalova adını tabloya yazdırıb, beş dəqiqədən sonra penaltini İnoya Cəfərova dəqiqə yerinə yetirib. Sonra qol vurmaq növbəsi Dilfuzə Mirzəliyevaya çatıb. Hər halda matçın taleyi fasiləyədək həll olunmuşdur. Doğrudur, ukraynalılar oyunda dəyişiklik etmək istəyirdilər, lakin meydan sahibləri təşəbbüsü əldən verməyiblər.

Beləliklə, finalda komandamız İspaniya ilə üz-üzə gələcək və Pekinə vəsiqə uğrunda mübarizə aparacaq. Bu vəsiqəni yalnız turnirin qalibi qazanacaq.

Məqalənin müəllifi ilə bu ünvanla əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti