...

"Aqo" Qrupu Azərbaycan hökumətini söz azadlığı məsələsinə ehtiyatla yanaşmağa çağırıb

Cəmiyyət Materials 23 Aprel 2008 12:21 (UTC +04:00)
"Aqo" Qrupu Azərbaycan hökumətini söz azadlığı məsələsinə ehtiyatla yanaşmağa çağırıb

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir K.Ramazanova/ "Aqo" Qrupu Azərbaycan hökumətini söz azadlığına dair məsələlərə daha ehtiyatla yanaşamağa çağırıb. Bu barədə "Aqo" Qrupunun çərşənbə axşamı açıqlanan məruzəsində bildirilir.

"Media, demokratiya, yerli özünü idarəetmə, azad toplaşmaq sahələrində bəzi qanunlar hələ də qüvvəyə minməyib. Müxalifət və hakimiyyət arasında dialoq qaydaya salınmalıdır. Ölkədə açıq və şəffaf şərait yaradılmalı və Avropa Şurası dəyərlərini təbliğ edən treninqlər təşkil olunmalıdır", - deyə məruzədə bildirilir.

"Aqo" Qrupu Seçki Məcəlləsinə dəyişikliyin edilməsini vacib hesab edir və mitinqlər keçirilən zaman Qeyri-Hökumət Təşkilatlarının qarşılaşdığı problemləri nəzərə alaraq Azərbaycan hökumətini tezliklə "Azad toplaşmaq haqqında" Qanunu qəbul etməyə çağırıb.

"Aqo" Qrupu Azərbaycanın məhkəmə sektorunda kadr islahatlarının həyata keçirilməsini təqdir edir. "Lakin bu sahə üzrə yerlərdə hələ də kadr çatışmazlğı mövcuddur. Azad hüquqi yardımın göstərilmə səviyyəsi qənaətbəxş deyildir. Lakin bu istiqamətdə treninqlərin aparılması, korrupsiya ilə mübarizə və əmək haqlarının qaldırılması təqdirə layiqdir. Avropa Şurası bu istiqamətdə yardım göstərməyə hazırdır", - deyə məruzədə bildirilir.

"Aqo" Qrupu konstitusional bazanın Məhkəmə - Hüquq Şurasına verilməsini, Cinayət Məcəlləsinə dəyişikliyin edilməsini və diffomasiyaya dair qanunun qəbul edilməsininin lazım olduğunu bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan "Aqo" Qrupu bu istiqamətdə irəliləyişin olduğunu qeyd edib. Bu məsələnin həll edilməsi istiqamətində əldə edilən irəliləyişlərdən biri kimi martın 14-də BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamənin qəbul olunması göstərilib.

Münaqişənin nizamlanması prosesində Avropa Şurasının səlahiyyətli olmamasına baxmayaraq, təşkilat problemin sülh yolu ilə həll edilməsi üçün müqavilə bəndlərinin müəyyən edilməsində təcrübə mübadiləsi aparmağa hazırdır.

Hesabatda həmçinin Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli nailiyyətlərin əldə olunduğu qeyd olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti