...

Telekanallarda çalışan müğənni aparıcılar Milli Radio və Televiziya Şurasının sədri Nuşərəvan Məhərrəmli ilə razı deyillər

Cəmiyyət Materials 24 Aprel 2008 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx. TrendLife Cavid Osmanov/

Milli Radio və Televiziya Şurasının sədri Nuşərəvan Məhərrəmli telekanallarda çalışan müğənni aparıcıların verlişləri çox aşağı səviyyədə aparmaqlarına görə ittiham edib. "Onların verliş aparma qabliyyətləri məni qane etmir. Bəziləri özlərini necə aparaq lazımdır, bilmirlər "-deyə o, Trend -a bildirib. Onun fikrincə, telekanallarda çalışan müğənni aparıcılar qeyri peşəkardırlar. Bundan əlavə o, qeyd etdi ki, Şura bu məsələ ilə bağlı telekanallara qadağa qoymağa hüququ çatmır. Lakin iclasların birində bu məsələ ilə bağlı müzakirələr aparılacaq.

Hazırda yerli telekanallarda Brilliant Dadaşova, Faiq Ağayev, Nisə Qasımova, Röya, Natavan Həbibi, Sənubər İskəndərli, Elməddin Cəfərov kimi tanınmış akytorlar və müğənnilərin verlişləri nümayiş olunur. Məhz buna görə həmin insanlardan bu haqda nə düşündüklərini öyrəndik.

Natavan Həbibi-müğənni, Lider TV-də "Bax belə" verlişinin aparıcısı

"Mənə hər bir insanın fikri maraqlıdır. Nüşərəvan müəllim, müğənni aparıcıların səviyyəsi haqqında təmamilə başqa fikirdə ola bilər. Lakin tək bir insanın fikri nə aparıcının, nə də verlişin müqəddəratını həll edə bilməz. Mənə elə gəlir ki, bütün müğənni aparıcıları bir-birləri ilə müqayisə etmək olmaz. Hesab edirəm ki, hər kəsin öz verliş aparmaq səviyyəsi var. Bundan əlavə mənə daha bir verliş aparmağı təklif ediblər. Ola bilər ki, hər iki verlişi paralel olaraq aparım".

Brilliant Dadaşova-əməkdar artist, Lider TV-də "Mən sənətkaram" verlişinin aparıcısı

"Bilirsiz, 1993-cü ildən müxtəlif verlişləri aparıram. Əvvəl AzTV-də daha sonra başqa kanallarda fəaliyyətimi davam etdirmişəm. Beləki, hər zaman efirdəyəm və tamaşaçılar mənim necə aparıcı olmağıma bələddirlər. İndiki aparıcılar mənim getdiyim yolları gedirlər. Hesab edirəm ki, yalnız tamaşaçılar peşəkarı, qeyri-peşəkardan ayırmağa malikdirlər".

Faiq Ağayev-əməkdar artist Lider TV-də "Ulduzlu axşam" verlişinin aparıcısı

"Nüşəravan Məhərrəmlinin dediklərinin 50-60% ilə razıyam. İş ondadır ki, çox vaxt müğənninin populyarlığı, verlişə uğur gətirir. Bu dünyanın hər bir yerində belədir. Biz isə bu üsülü yeni müraciət etmişik".

Xəbər lenti

Xəbər lenti