Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bu gün keçirilən hesabat-seçki konfransında qurumun yeni vitse-prezidentləri seçiliblər. AFFA-nın İcraiyyə Komitəsinin (İK) üzvləri bu vəzifəyə Elşad Nəsirov və Rauf Əliyevi layiq biliblər.
AFFA prezidenti Rövnəq Abdullayev vitse-prezidentliyə İsgəndər Cavadov, Elşad Nəsirov və Rauf Əliyevin namizədliklərini irəli sürmüşdü. İK üzvlər daha çox Nəsirov və Əliyevə səs veriblər.
Vitse-prezident seçiləcəyini gözləyən Cavadov isə Trend -a nəticədən təəssüfləndiyini deyib.
Konfransda İcraiyyə Komitəsinin üzvlüyünə 15 namizəd irəli sürülüb. Onlardan 10-u komitənin üzvü seçilib. Cavadov İK üzvlərindən biridir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]