...

Azərbaycan 2008-ci il üzrə təhsil xərclərini yenidən artırır

Cəmiyyət Materials 28 Aprel 2008 18:16 (UTC +04:00)
Azərbaycan 2008-ci il üzrə təhsil xərclərini yenidən artırır

Azərbaycan, Bakı, 28 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan 2008-ci il üzrə təhsil xərclərini yenidən artırır. Trend -un məlumatına görə, hökumətin Parlamentə təqdim etdiyi "2008-ci ilin dövlət büdcəsinə dəyişiklik haqqında" qanun layihəsində 2008-ci il üzrə təhsil xərclərinin 18,6% artırılması nəzərdə tutulub.

2008-ci ilin dövlət büdcəsində ölkənin təhsil xərcləri 973 milyon 837 min manat kimi təsdiqlənib.

Büdcəyə dəyişiklik edilməsindən sonra təhsil xərcləri bir milyard 115 milyon manata qədər artırılacaq. Məktəbəqədər və ibtidai təhsilə 71 milyon, natamam və orta təhsilə 575,9 milyon, internat və xüsusi məktəblərə 38,3 milyon, texniki peşə məktəblərə və litseylərə 50,696 milyon, ali təhsilə 97,5 milyon, təhsil sahəsində tətbiqi tədqiqatlara 3,6 milyon və təhsil sahəsində digər xidmətlərə 277,7 milyon manat ayrılacaq.

Azərbaycan Parlamenti mayın 2-də 2008-ci ilin dövlət büdcəsinin yenidən artırılması məsələsinə baxacaq. Dövlət büdcəsinə yenidən baxılması və dəyişiklik edilməsi ilə bağlı layihə Parlamentə daxil olub.

Sənəddə büdcə gəlirlərinin yeni illik proqnozu 10,287 milyard manat, xərcləri isə 10,530 milyard manat səviyyəsində əksini tapıb. Azərbaycanın 2008-ci il üçün dövlət büdcəsinin gəlirləri 7,393 miylard manat, xərcləri isə 8,519 milyard manat həcmində təsdiqlənib. Yeni dəyişikliklər təsdiqlənəcəyi təqdirdə, Azərbaycanın cari ilin büdcə gəlirləri təxminən 43%, xərcləri isə 26% artacaq.

Parlamentin mayın 2-də keçirilən iclasında hökumət (Nazirlər Kabineti) 2007-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti