Azərbaycan, Bakı, 01 may / Trend , müxbir E.Hüseynli/ Şərqi Avropanı əhatə edən siklonun Azərbaycan ərazisindən keçməsi nəticəsində ölkədə qeyri-sabit hava şəraiti mayın 4-dək davam edəcək. Bu barədə Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib.
Aprelin 30-u axşam saatlarından başlayaraq, Azərbaycanın əksər ərazilərində, o cümlədən paytaxt Bakıda güclü şimal-şərq küləyi əsməyə başlayıb.
Tağıyeva deyib ki, mayın 1-4-dək paytaxt Bakı və Abşeron yarımadasında küləyin gücü saniyədə 22-26 metr olacaq. Havanın temperaturu isə 4-5 dərəcə enəcək. Bakı və Abşeron yarımadasında havanın hərarəti gündüz 19-22 dərəcə olacaq. Tağıyevanın sözlərinə görə, hesabat dövründə əksər regionlarda hava tutqun olacaq, fasilələrlə yağış yağacaq, bəzi yerlərdə selə keçəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]