...

Azərbaycan Ali Məhkəməsinin rəhbəri hesab edir ki, hakimlər əmlak bəyannamələri təqdim etməlidirlər

Cəmiyyət Materials 2 May 2008 13:57 (UTC +04:00)
Azərbaycan Ali Məhkəməsinin rəhbəri hesab edir ki, hakimlər əmlak bəyannamələri təqdim etməlidirlər

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir K.Zərbəliyeva/ Azərbaycan Ali Məhkəməsinin rəhbəri hesab edir ki, hakimlər əmlak bəyannamələri təqdim etməlidirlər.

"Bu, məhkəmə sistemində korrupsiyanın azalmasına səbəb olacaq", - deyə cümə günü Bakıda jurnalistlərə Ali Məhkəmənin rəhbiri Ramiz Rzayev bildirib.

Avropa Şurasının Korrupsiya ilə mübarizə üzrə Dövlətlər Qrupu dövlət qulluqçuları və hakimlərin əmlak bəyannamələri təqdim etmələri üzrə mexanizmin yaradılması barədə Azərbaycana tövsiyəsini bildirib. Təşkilat 2008-ci ilin oktyabrında Azərbaycanın bu sahədə nail olduğu irəlləyişi qiymətləndirəcək.

Ali Məhkəmənin rəhbəri beynəlxalq təşkilatların Azərbaycanda məhkəmə sisteminin korrupsiyalaşması barədə məruzəsinə də şərh verib.

"Artıq üç ildir ki, mən Azərbaycan Ali Məhkəməsinə rəhbərlik edirəm. Mən xahiş edirəm ki, mənə rüşvətlə bağlı heç olmasa bir fakt göstərsinlər, amma bu məsələ hələ də nəticəsiz olaraq qalır. Konkret fakt olmadan kimisə korrupsiyada ittiham etmək mümkün deyil", - deyə Rzayev bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti