Azərbaycan, Bakı, 03 may / Trend , müxbir R.Ergün/ SSRİ yığmasının veteranları ilə Azərbaycanın "Neftçi" klubunun veteranları arasında bu gün Bakıda keçirilən futbol üzrə yoldaşlıq görüşü heç-heçə başa çatıb.
Bakının "Şəfa" stadionunda sabiq prezident Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə veteran futbolçular arasında yoldaşlıq oyunu keçirilib. Heyətdə vaxtilə "Neftçi"nin və SSRİ yığmasının heyətində çıxış etmiş futbolçular olub. Komandalar şərti olaraq "Bakı" və "Moskva" adlandırılıb.
SSRİ yığmasının veteranları 2005 və 2006-cı illərdə də Bakıda "Neftçi" klubunun veteranları ilə yoldaşlıq görüşü keçiriblər.
Yoldaşlıq görüşündə 4:4 hesabı qeydə alınıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]