...

Müğənni Abbas bizneslə məşğul olmaq istəyir

Cəmiyyət Materials 5 May 2008 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /müx. TrendLife Günel Əhmədova

Toylarda oxumaqdan maksimum dərəcədə özünü təcrid edən müğənni Abbas barədə yeni xəbər eşitdik. Gəzən söhbətlərə görə, müğənni ciddi şəkildə bizneslə məşğul olmağa qərar verib. Məlumatın davamında bildirilir ki, sözügedən müğənni Azərbaycana yaxın olan qonşu respublikaların birində otel inşaasına başlayıb. Gələcəkdəki dolanışığının təminatı ilə indidən məşğul olmağa qərar verən Abbasın özünü iş adamı kimi sınaqdan keçirməyə hazırlaşdığı deyilir. Məsələyə TrendLife-da aydınlıq gətirən Abbas xəbəri şaiyə adlandırdı. Lakin o, bizneslə məşğul olmaq niyyətində olduğunu gizlətmədi:

"Əvvəlcə qeyd edim ki, otel inşaa etdirmək ideyam olmayıb. Bu xəbər sadəcə şaiyə xarakteri daşıyır. Lakin bizneslə məşğul olmaq niyyətim var, bu da sizin vasitənizlə bəlli oldu".

Fikrini ətraflı ifadə etməyə çalışan Abbasın əvvəlcə, şəxsi səsyazma studiyasının olduğunu xatırlatdı:

"Artıq mən toyların 80 faizindən demək olar ki, imtina etmişəm. Əvvəllər bütün əziyyətə qatlanıb 6 saat fasiləsiz canlı toy oxuyurdum. Son aylar gördüm ki, gərgin iş qrafiki səhhətimə təsirsiz ötüşmür. İndi isə ancaq qonaq kimi dəvət aldığım məclislərə gedir və orada istirahət edirəm. Qeyd edim ki, toyların mövsüm ayı hesab olunan apreldə cəmi 4 toy oxumuşam. Əvvəlki ildə isə bu say 20-ə qədər artırdı. Ötən ayda təklif aldığım 35 toydan imtina etmişəm".

Haqqında danışdığı səsyazma studiyasında bir sıra layihələr üzərində çalışdığını deyən Abbas, eyni zamanda bunun biznes tərəfini də düşünüb. Yəni, studiya həm müğənninin, həm də onun həmkarlarının xidmətində duracaq. O, müğənni dostlarına bəzi təkliflərini ünvanlayacağını da istisna etmədi.

Geniş bizneslə isə o, 30 yaşından sonra məşğul olmağı düşünür: "Hazırda 26 yaşım var. Bu qənaətə gəlmişəm ki, 30 yaşımı tamamlayanda özümü iş adamı kimi təsdiq etmək barədə düşünüm".

Xəbər lenti

Xəbər lenti