Azərbaycan, Bakı, 6 may /müx. TrendLife Eldar Hüseynzadə/
Bakıda demək olar ki, yazıçılar oxucularla görüşmürlər. Belə bir şey olsa, mütaliə edənlərin sayı çoxalar. Görəsən, azərbaycanlı yazıçılar nəyə görə çox nadir hallarda təqdimat keçirirlər? Məhz bu sualla TrendLife yazıçı Natiq Rəsulzadəyə müraciət edib. "Bu yaxınlarda Ədəbiyyat muzeyinin birinci mərtəbəsində yerləşən Kitab mağazasında yeni kitabımın təqdimatı keçirildi. Elə həmin təqdimatda oxucularla görüşümüz oldu. Hesab edirəm ki, belə tədbirləri tez-tez keçirsək, oxuyucu ilə yazıçılar arasında canlı ünsiyyət yaranar"-deyə Natiq Rəsulzadə öz fikrini bildirib.