...

Azərbaycanın otüstü hokkey komandası Çempionlar Kubokuna yola düşür

Cəmiyyət Materials 6 May 2008 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın otüstü hokkey üzrə kişilərdən ibarət "Atasport" komandası üçüncü dərəcəli "Çelens" turnirində iştirak etmək üçün mayın 4-də Sloveniyanın Bratislava şəhərinə yola düşüb. Bu barədə çərşənbə axşamı Trend a Azərbaycan Otüstü Hokkey Federasiyasının (AOHF) mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev məlumat verib.

Kişi hokkeyçilərin iştirak etdiyi turnir mayın 8-dən 11-dək davam edəcək. "Atasport"un Bratislavaya gedən heyəti 18 nəfərdən ibarət olub.

Nuriyevin dediyinə görə, qadınlardan ibarət otüstü hokkey yığması da Avropa Çempionlar Kubokunda iştirak etmək üçün bu gecə Almaniyaya yola düşəcək. Qadın hokkeyçilər mayın 9-da "Volqa Telekom" (Rusiya), 10-da "Şaulyay" (Macarıstan), 11-də isə "Herto Genbaş" la (Almaniya) qarşılaşacaq. Bu yarış mayın 12-də başa çatacaq.

Qadınlardan ibarət otüstü hokkey komandası Almaniyaya 18 nəfərlik heyətlə gedəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti