...

Müğənnilər arasında klounlaşma sürətlə artır –müğənni Aslan Hüseynov

Cəmiyyət Materials 6 May 2008 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /müx.TrendLife Şahin Cavadsoy/

"Bozbaş müğənnilər kimlərdir" - indi bu sual şou-gündəmində cavabı axtarılan ən mühüm məsələlərdən birinə çevrilib desək, yanılmarıq. Mövzu o qədər geniş vüsət alıb ki, özünü bu sırada görməyən sənətçilər ayağa qalxıb, hüquqlarını müdafiə etməyə çalışırlar. Müğənni Aslan da belələrindəndir: "Məni ən çox qıcıqlandıran məqam bozbaş müğənnilərin maqazin verilişlərinə çıxıb, gündəmdə olmalarından danışmalarıdır. Başa düşmürəm bunlar gündəm sözünü niyə belə ucuzlaşdırıblar. Etikadan kənardan çıxsa da it sürüsü bozbaş müğənnilərdən azdır. Aslan nə etməlidir ki, gündəmə gəlsin? Gərək saçımı keçəl qırxdırım, yoxsa yaxası cırıq köynəklər geyinim? Vallah belə ampluada görünsəm, olan-qalan tamaşaçılarımı da itirərəm. Fikrimcə səhnədə müğənnilər arasında klounlaşma sürətlə artır. Bu tendensiya sənətçiləri ancaq uçuruma aparır".

Yaradıcılığından söz düşəndə isə müğənni bunları söylədi: "Arzularımdan biri xalq artisti Flora Kərimova ilə duet oxumaq idi. Mahnı artıq hazırdır. İfa etdiyimiz "Biz ikimiz" bəstəsinin sözləri Xanım İsmayılqızına, musiqisi Sevinc Tofiqızına aiddir. Yaxın gələcəkdə bu duetə klip çəkdirməyi də düşünürük".

Xəbər lenti

Xəbər lenti