...

Azərbaycan Ədliyyə Nazirliyinin Mühafizə Alayının əsgərləri arasında əlbəyaxa döyüş üzrə yarış keçirilib

Cəmiyyət Materials 6 May 2008 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir K.Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əsgərləri arasında eks-prezident Heydər Əliyevin 85 illik yubileyi münasibətilə əlbəyaxa döyüş üzrə birinciliyin final oyunları keçirilib.

Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuş yarışda Mühafizə Alayının bütün bölükləri təmsil olunub.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov ölkədə idmanın inkişafına böyük diqqət və qayğının olduğunu vurğulayıb.

Nazir müavini qeyd edib ki, Mühafizə Alayında idmançılardan ibarət xüsusi təyinatlı bölüyün yaradılmasında məqsəd cəzaçəkmə müəssisələrində baş verə biləcək hər hansı insidentin qarşısının alınmasında yardımçı olmaqdır.

Final oyunları 60, 65, 70, 75 və 80 kiloqram çəki dərəcəsində olan idmançılar arasında keçirilib.

60 kq çəki dərəcəsində Rəşad Kərimov, 65 kq-da Elmar Cəfərov, 70 kq-da Elməddin Əhmədov, 75 kq-da Səid Zəngirov qələbə qazanıb.

Qaliblər medallar, diplomlar və digər hədiyyələrlə mükafatlandırılıblar.

Mühafizə Alayının komandası bu yaxınlarda kiq boks üzrə keçirilmiş beynəlxalq yarışmada ikinci yeri tutub. Alayın qərargah rəisinin müavini Elman Qazıbəyova Penitensiar Xidmət rəhbərliyinin əmri ilə təşəkkür elan olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti