...

Bakıda keçiriləcək bilyard üzrə AÇ-nin favoritləri Ukrayna, Rusiya və Belarusdur – federasiya prezidenti

Cəmiyyət Materials 7 May 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir R.Ergün/ Bakıda keçiriləcək bilyard üzrə Avropa çempionatının (AÇ) ("Azad Piramida") favoritləri Ukrayna, Rusiya və Belarus yığma komandalarıdır. "Azərbaycan yığma komandası hazırda rəqiblərindən zəif deyil. Amma Rusiya, Ukrayna, Belarus kimi komandalar adətən belə yarışların favoriti olur", çərşənbə günü Trend a Azərbaycan Bilyard İdmanı Federasiyasının (ABİF) prezidenti İlham Aslanov deyib.

Aslanov Piramida üzrə Avropa Komitəsinin (PAK) üzvüdür.

Azərbaycanda ilk dəfə təşkil olunacaq bilyard üzrə Avropa çempionatında 11 yığma komandanın iştirak edəcəyi gözlənilir. Çempionat mayın 15-dən 18-dək davam edəcək. Çempionat Bakı Olimpiya Kompleksində keçiriləcək, ABİF rəhbərliyi yarışın başlamasından bir gün əvvəl - mayın 14-də jurnalistlər üçün mətbuat konfransı keçirəcək.

Azərbaycan bilyardçıları 2004-cü ildə keçirilən Avropa çempionatında 3-cü yeri tutublar. 2005-2006-cı illərdə keçirilən yarışlarda isə bilyard ustası Seymur Məmmədov 2-ci pillənin sahibi olub.

Azərbaycan Bilyard İdmanı Federasiyası 2000-ci ildən Piramida üzrə Beynəlxalq Komitənin üzvüdür.

Çempionatda 32 kişi və 16 qadın idmançının iştirak edəcəyi nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti