...

Lalə Məmmədova gələn həftə "Ürək dostum"u təqdim edəcək

Cəmiyyət Materials 7 May 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /müx.TrendLife Şahin Cavadsoy/

Müğənni Lalə Məmmədovanın sözləri Vahid Əlioğluna, musiqisi Sevda Məmmədliyə aid olan "Ürək dostum" mahnısına çəkdirdiyi klipi artıq hazırdır. Bu eksklüziv xəbəri Lalə xanım ilk olaraq, TrendLife istifadəçiləri ilə bölüşüb: "Yar bizə qonaq gələcək" mahnıma klip çəkmiş Etibar Həsənov, bu dəfə də rejissorluğu öz üzərinə götürüb. Söyləmişdim ki, mahnıya fərqli şəkildə ekran həyatı veriləcək. Çox şükür ki, gözlədiyimiz nəticəni əldə etdik. Klipdə hansı obrazda çıxış etdiyim barəsində hələ ətraflı danışmıram. Çünki, bunun sürpriz olmasını istəyirəm".

"Ürək dostum"a klipə təqdimat keçirəcəksiniz-sualına isə müğənnidən belə cavab gəldi: "Mayın 15-də təqdimat keçirmək fikrimiz var. Əgər təqdimat mərasiminin tarixində nəsə dəyişiklik olarsa, bu haqda yenə birinci sizin məlumatınız olacaq".

Xəbər lenti

Xəbər lenti