Azərbaycan, Bakı, 14 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın iki futbolçusunun karyeralarını Türkiyədə davam etdirmələrinə ailələri razılıq verməyib. "Adanadəmirspor" klubunun prezidenti Şevki Kaya burda "Bakı-Türk futbol klubu"nun dörd yetirməsini bəyənərək onları Türkiyəyə aparmaq istəyib. Amma gənc futbolçulardan ikisinin karyerasını Türkiyədə davam etdirməsi problemə çevrilib. "Ailələri futbolçuları buraxmaq istəmədi", çərşənbə günü Trend -a "Bakı-Türk futbol klubu"nun prezidenti Yusuf Uncular deyib.
"Adanadəmirspor" Türkiyənin futbol üzrə birinci liqasında çıxış edir.
Uncuların bildirdiyinə görə, vaxtilə Azərbaycan yığma komandasının formasını geyən İlqar Nəbiyevin karyerasını Türkiyədə davam etdirməsi reallaşmaq üzrədir. "Nəbiyevi "Adanaspor", "Adanadəmirspor" və "Əskişəhərspor" kimi klublardan birinə transfer etmək istəyirik. Artıq bu klublarla danışıqlara başlamışıq" - deyə klub prezidenti əlavə edib.
Nəbiyev əvvəllər Türkiyənin "Kayserispor" klubunun ikinci komandasında forma geyib.
Hazırda Türkiyə çempionatında iki azərbaycanlı futbolçu çıxış edir. İlqar Qurbanov Superliqada oynayan "Sivasspor"da, Mikayıl Yusifov birinci liqada mübarizə aparan "Kartalspor"dadır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]